Messiyə görə meksikalı hakimi cəzalandırdılar

21.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

KONKAKAF Çempionlar Liqasında "İnter Mayami" - "Kanzas Siti" matçını idarə edən meksikalı hakim Marko Ortis cəzalandırılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Mənbənin məlumatına görə, görüş başa çatdıqdan sonra oyunun hakimi ulduz hücumçu Lionel Messidən avtoqraf alıb. Bu əmələ görə hakimə qarşı intizam tədbirləri görülüb. Hesabatda Ortisin davranışının konfederasiyanın davranış qaydalarına uyğun olmadığı bildirilib. 

Xatırladaq ki, görüş "İnter Mayami"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu ikinci hissənin əvvəlində Messi vurub.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью