Messiyə həmyerlisi rəhbərlik edəcək

28.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçisinin “sükanı” Kristian Albertoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Alberto əvvəl Argentinada “Rosario Sentral”, “Yunion” və “Platense”də çalışıb.

“İnter Mayami” MLS-də 21 turdan sonra 39 xalla ikinci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью