Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin yeni baş məşqçisi rəsmiləşib.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi Kili Qonsaleslə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qonsales əvvəl Argentinada “Rosario Sentral”, “Yunion” və “Platense”də çalışıb.
“İnter Mayami” MLS-də 24 turdan sonra 45 xalla ikinci sıradadır.