Messiylə bağlı XƏBƏRDARLIQ Ona təzyiq etməyi dayandırın

29.03.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının əsas ulduzu Lionel Messi barədə danışıb.

News24.az Publika.az-a istinadən  xəbər verir ki, mütəxəssis 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı ona təzyiqlərə son qoymağa çağırıb:

“Görəcəyik, hələ çox vaxt var. Onu rahat buraxın və təzyiq etməyi dayandırın. Milli komanda ilə karyerasını nə vaxt bitirəcəyinə özü qərar verəcək. Onu dəli etməyə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, Argentina Braziliyanı məğlub edərək 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Messi isə zədə səbəbindən millinin son oyunlarında iştirak etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью