Məsud Özil AKP üzvü oldu

25.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsud Özil Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, partiyanın Ankarada keçirilən qurultayında Özil ümumilikdə 75 nəfərdən ibarət şuraya 39 yeni üzvdən biri təyin edilib.

Qeyd edək ki, Ankarada keçirilən qurultayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью