Məsud Pezeşkian Asim Munirlə görüşdü

25.08.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran hakimiyyəti regionda sabitliyi bərpa etmək üçün qonşu dövlətlərlə hər cür qarşılıqlı əlaqəyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirlə görüşündə deyib.

"İran İslam ölkələri və qonşu dövlətlərlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığa və iştiraka hazırdır. Bölgədə davamlı sülhün bərqərar olması üçün İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi əsasdır. Birlik və həmrəylik düşmən tərəflərin planlarına qarşı ən vacib maneədir", - deyə Pezeşkian bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью