Məsud Pezeşkian: Biz Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətində deyilik VİDEO

13.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"İran Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətində deyil".

"Cebheinfo.az" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

İran prezidenti region ölkələrinin bir araya gələrək sülh və təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylər göstərməsinin vacibliyini vurğulayıb.

"Bu regionun gərginlik və münaqişə bataqlığına düşməsi üçün heç bir səbəb yoxdur", - deyə Pezeşkian bildirib.

O, Avropa ölkələrinin təcrübəsinə diqqət çəkərək, region dövlətlərinin fikir ayrılıqlarına baxmayaraq, ortaq çərçivədə dialoq və əməkdaşlıq edə biləcəyini qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью