Məsud Pezeşkian gələn həftə Azərbaycana səfər edəcək

05.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

Bunu İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi İRNA agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью