Məsud Pezeşkian: Heç vaxt nüvə silahı yaratmaq istəməmişik

14.11.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq çərçivəsində öz nüvə proqramının sülh məqsədli olmasını sübuta yetirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşdə bildirib.

"Biz ölkəmizin sülh məqsədli nüvə fəaliyyəti ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün bu beynəlxalq institutla əməkdaşlıq etməyə və yaxınlaşmağa hazır olduğumuzu bəyan edirik", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью