Məsud Pezeşkian istefa ərizəsi yazdı, lakin Xamnei qəbul etmədi... İsrail mediası | Icma.a…
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran mənbələri xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib.
Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəif” edəcək.
Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
Pezeşkianın istefa qərarı ölkədə iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin işdən çıxarılması və vitse-prezident Məhəmməd Cavad Zərifin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib.
Bu hadisələr hökumət daxilində gərginliyi artırıb və ölkənin gələcək kursu ilə bağlı müzakirələrə səbəb olub.
Mənbələrin bildirdiyinə görə, Xamenei Pezeşkianın getməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib, çünki bu, rejimin sabitliyinə təhlükə yaradacaq.
Ali rəhbər hesab edir ki, İran daxili qeyri-sabitlik və xarici təzyiqlər qarşısında zəiflik nümayiş etdirə bilməz.
Tam oxu
Xəbəri oxu