Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə siyasəti ilə bağlı açıqlamalar verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
"Sizi əmin edə bilərik ki, İran heç vaxt nüvə silahına sahib olmaq üçün cəhd etməyib, etmir və etməyəcək. Biz ciddi danışıqlar aparırıq və razılıq əldə etməyə çalışırıq, lakin İranın nüvə obyektlərindən imtinanın müzakirəsi qəbuledilməzdir", - deyə o bildirib.