Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə keçirdiyi görüşdə iki ölkə arasındakı sərhədlərin münasibətlərin inkişafına mane olmayacağını bəyan edib.
“Qafqazinfo” “IRIB News”a istinadən xəbər verir ki, Tehranda tutan rəsmi qəbul zamanı Bakı və Tehran arasında strateji əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
İran dövlət başçısı vurğulayıb ki, quru, hava və dəmir yolu nəqliyyat marşrutlarının inkişafı Tehran və Bakı arasında əlaqələrin daha da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır.
Öz növbəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev mövcud nəqliyyat, tranzit və koridor imkanlarının gücləndirilməsinin, habelə potensial imkanlardan maksimum dərəcədə istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.