Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Quranı, "Nəhcül Bəlağə"ni və dini anlayışları təfsir etməyin. Böyük səhvləriniz düzəldilməyə bilər".
"Yeni Sabah" xəbər verir ki, bu xəbərdarlıq İran Prezidenti Məsud Pezeşkiana edilib.
Onun müəllifi İslam Respublikasının nüfuzlu ruhanilərindən biri və Ekspertlər Şurasının üzvü Ayətullah Möhsen Ərakidir. Marqarita pizza
"Cənab Prezidentdən Quranı və "Nəhcül Bəlağə"ni təfsir etməməsini xahiş edirik, çünki bu, onun işi deyil. Onun etdiyi böyük səhvlər düzəldilməyə bilər", - deyə Ayətullah Əraki vurğulayıb.
Xatırladaq ki, Məsud Pezeşkian çıxışlarında tez-tez dini ədəbiyyatdan sitatlar gətirir və onlara təfsir verir. Bu, onun çıxışlarına ilk etirazdır.