Məsud Pezeşkianı “axmaq” adlandırdı

06.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın nüfuzlu din xadimlərindən biri olan Ayətullah Seyid Məhəmməd Baqir Xərrazi Məsud Pezeşkianı təhqir edib.

"Yeni Sabah" xəbər verir ki, o, İran Prezidentini "axmaq" adlandırıb.

Sosial şəbəkədə yayılmış videoda Xərrazi İslam Respublikasının bir çox dövlət xadiminin ünvanına nalayiq ifadələr işlədib. Pepperoni pizza

O, ilk növbədə İranın Ali Rəhbəri Möctəba Xameneinin idarəçiliyini hədəfə alıb. Daha sonra Rəhbərlikdəki mühafizə qrupunun keçmiş başçısı Vəhid Həqqanianın qardaşını Mərkəzi Kəşfiyyat İdarəsinin casusu adlandırıb. Növbəti hədəf isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf olub. 

Xərrazi bundan 2 gün əvvəl də Məsud Pezeşkianın barəsində xoşagəlməz ifadələr işlətmiş, onun 28 dəfə istefa verdiyini bildirmişdi. 

Din xadiminin ən qalmaqallı cümləsi isə ABŞ ilə mövcud qarşıdurma ilə bağlı olub: "Yeganə nicat yolumuz atom bombasının hazırlanmasıdır!"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью