Məsuliyyətli olun, münasibətləri normallaşdırın İlham Əliyevdən qonşu ölkələrə çağırış

13.07.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.

Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью