Mesut Ozil Gürcüstan polisini pislədi, “Beşiktaş” azarkeşlərinə dəstək oldu

27.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Almaniya millisinin və “Real Madrid”in sabiq futbolçusu Mesut Ozil Gürcüstanın Batumi şəhərində “Beşiktaş” azarkeşlərinə qarşı polis müdaxiləsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, dünya çempionu “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

“Fələstin xalqının azadlıq mübarizəsini dəstəkləyən “Beşiktaş” azarkeşlərinə Gürcüstanda polisin müdaxiləsini pisləyirəm.

Fələstindəki ədalətsizlik qarşısında susmadıqları və bəşəriyyətin ortaq vicdanına səsləndikləri üçün “Beşiktaş” azarkeşlərini təbrik edirəm.

Polis müdaxiləsinə məruz qalan bütün azarkeşlərə tezliklə sağalmalarını arzulayıram”, - deyə Ozil qeyd edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən qarşılaşma tribunada yaşanan qarşıdurma səbəbindən 35 dəqiqə dayandırılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью