Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Met-Ak" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəmə göndərilib. Məhkəmənin qərarı ilə "Met-Ak" MMC qanuni təmsilçisi Kərimov Aydın Alik oğlu 1500 manat cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Aydın