“Met Gala 2027”nin mövzusu açıqlandı

06.11.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2027-ci il “Met Gala” tədbirinin yeni mövzusu “extraORDINARY: Moda və gündəlik həyatın poetikası” olaraq açıqlanıb.

OLAY yazır ki, mayın 3-də keçiriləcək tədbirdə köynək, cins şalvar və svitşot kimi gündəlik geyimlərin qeyri-adi dizaynlarla yenidən təqdim olunması ön plana çıxacaq.

Mövzunun əsas məqsədi gündəlik həyatda adi hesab etdiyimiz geyimlərin də sənət əsərinə çevrilə biləcəyini nümayiş etdirməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью