“Meta” 2026 cı ildə yaş təsdiqləmə sistemini tətbiq edəcək

17.12.2025

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Şirkət bir çox ölkədə yeni “AgeKey” yaş təsdiqləmə sistemini tətbiq etməyi planlaşdırır

Amerika texnologiya şirkəti “Meta” 2026-cı ildə qədər bir çox ölkədə yeni “AgeKey” yaş təsdiqləmə sistemini tətbiq etməyi planlaşdırır. AYNA.AZ bildirir ki, bu barədə şirkətin təhlükəsizlik rəhbəri Antigone Davis deyib.

"Dünyanın hər yerində, müxtəlif ölkələrdə bizim kimi şirkətlərin istifadə etməli olduğu fərqli yaş təsdiqləmə sistemləri mövcuddur. Hazırda bazarda bir çox fərqli təsdiqləmə variantları mövcuddur. Buna görə də biz həqiqətən hərtərəfli yanaşmağa çalışırıq", - deyə o Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “AgeKey” smartfonlarda barmaq izlərini tanımaq və ya cihazların kilidini açmaq üçün üz tanıma üçün istifadə olunan “Passkey” ilə eyni texnologiyadan istifadə edərək fəaliyyət göstərəcək. “Meta” hazırda “AgeKey”i öz tətbiqlərinə inteqrasiya etmək üçün Sinqapur şirkəti K-ID ilə əməkdaşlıq edir. Asiya şirkəti hazırda “Discord” və “Snap” kimi xidmətlərlə işləyir və onlara istifadəçinin yaşına əsasən məzmun çatdırılmasını fərdiləşdirməyə kömək edir.

Bir çox ölkənin hökumətləri yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə məhdudiyyətlər və qadağalar tətbiq etməyə başlayıblar. 9 dekabrda Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib. Ölkənin internet tənzimləyicisinin açıqlamasında bildirilib ki, Avstraliyada fəaliyyət göstərən sosial media platformaları 10 dekabrdan etibarən uşaqların və yeniyetmələrin hesablarını deaktiv etməlidirlər. Danimarka 2026-cı ilə qədər 15 yaşdan kiçik yeniyetmələrin sosial mediaya çıxışını məhdudlaşdırmağı planlaşdırır. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron 15 və ya 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya çıxışı qadağan edən qanun layihəsinin qəbul edilməsini tələb etmək niyyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью