Meta 805 milyon avro məbləğində cərimələnib

14.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

İtaliya "Meta"nı 805 milyon avro məbləğində cərimələyib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi “Meta"nın “Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə bu addımı atıb.

İddia edilir ki, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən "Facebook" tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.

“Meta" bu barədə təkzib bəyan etsə də, əlavə şərh verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью