“Meta” ABŞdə ən böyük məlumat mərkəzini quracaq

07.12.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Luiziana ştatı “Facebook”un sahibi olan “Meta” tərəfindən qurulmuş ən böyük məlumat mərkəzinə ev sahibliyi edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosu məlumat yayıb.
Məlumata görə, “Meta” 10 milyard dollarlıq layihənin ştatın iqtisadi həyatını dəyişdirəcəyinə ümid etdiyini bildirib.
Layihə dövlət orqanları tərəfindən də dəstəklənib. Belə ki, Respublikaçı qubernator Ceff Landri layihəni ştatın texnologiya sektoru üçün “inqilab” adlandırıb.
“Meta” Luiziana məlumat mərkəzinin 500 daimi və 5000 müvəqqəti iş yeri yaradacağını təxmin edir. Sahəsi 370 min kvadratmetr olan obyekt bu günə qədər şirkətin ən böyük məlumat mərkəzi olacaq.
Məlumat mərkəzinin tikintisinin 2030-cu ilə qədər başa çatdırılması gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью