Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” gənc istifadəçilərin təhlükəsizliyi üçün yeni addım atıb.
Banco.az xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi “Meta” süni intellekt əsaslı yaş təyinetmə texnologiyasının tətbiqini bütün dünyada genişləndirərək milyonlarla gənc istifadəçini “Instagram”ın “Gənc Hesab” təhlükəsizlik tədbirləri ilə əhatə edəcəyini açıqlayıb.
“Meta”nın yaydığı açıqlamada bildirilib ki, istifadəçilər doğum tarixlərini yetkin şəxslərə aid məlumatlarla əvəz etsələr belə, yeniyetmə olduqlarından şübhələnilən şəxslər süni intellekt texnologiyası vasitəsilə müəyyən edilir.
Açıqlamada vurğulanıb ki, bu texnologiya daha çox gənc istifadəçinin yaşına uyğun təhlükəsizlik tədbirlərindən yararlanmasına imkan verir. Sistemin dünya üzrə daha geniş tətbiq olunacağı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!