Icma.az bildirir, Bizimyol portalına istinadən.
İspaniya məhkəməsi "Meta" şirkətinə ədalətsiz rəqabət və Aİ məlumatların qorunması qaydalarını pozduğuna görə rəqəmsal media qurumlarına 479 milyon avro ödəməli olduğunu bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, "Reuters"in məlumatına görə, Madrid Ticarət Məhkəməsi qərarı 20 noyabrda verib.
Şirkət 87 rəqəmsal media naşirinə və xəbər agentliyinə təxminən yarım milyard avro təzminat ödəməlidir.
Qərara əsasən, texnologiya nəhəngi istifadəçi məlumatlarını qanunsuz emal etməklə ölkənin onlayn reklam bazarında əhəmiyyətli rəqabət üstünlüyü əldə edib.
Məhkəmə şirkətin İspaniyanın antiinhisar qanunlarını pozduğunu müəyyən edib.
"Meta" artıq məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətində olduğunu bildirib və qərarı "əsassız" adlandırıb.
Qadir, Bizimyol.info