Meta platformalarında qlobal nasazlıq yarandı

12.06.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Meta" şirkətinin rəqəmsal platformalarının işində qlobal miqyasda ciddi nasazlıq yaranıb.

Teleqraf xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "Facebook", "Instagram" və "Messenger" tətbiqlərinə daxil olmaqda çətinlik çəkirlər.

Problemlər əsasən xəbər lentinin yenilənməməsi, şəxsi mesajların göndərilməsində yaranan gecikmələr və hesablara girişin məhdudlaşması ilə bağlıdır. Sosial şəbəkələrin bir çox mühüm funksiyası tamamilə dayanıb.

Hazırda texniki nasazlığın dəqiq səbəbi və problemin nə vaxt aradan qaldırılacağı barədə şirkət tərəfindən rəsmi açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью