Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vaşinqton, 26 avqust, AZƏRTAC
“Meta” şirkəti gənclərin zehni sağlamlığına zərər verən və asılılıq yaradan platformalar hazırlamasına dair 29 ştat baş prokuroru tərəfindən qaldırılan iddialarını həll etmək üçün təxminən 18 milyard dollarlıq bir razılaşmaya gəlindiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, razılaşma sosial media nəhəngi üçün mühüm bir hüquqi mübarizəyə son qoyub.
Məhkəmə sənədinə görə, razılaşmanın bir hissəsi olaraq “Meta” platformalarında yeniyetmə istifadəçilər üçün gündəlik vaxt məhdudiyyətləri müəyyən etmək kimi dəyişikliklər etməyə razılıq verib.
Şirkətin məlumatına görə, təxminən 18 milyard dollarlıq ödəniş ştatların gənclərin onlayn təhlükəsizliyi ilə bağlı təşəbbüslərinin maliyyələşdirilməsini təmin edəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton