Meta şirkəti Bərabərlik, müxtəliflik və inklüzivlik proqramının icrasını dayandırır

12.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin "Meta" korporasiyası "Bərabərlik, müxtəliflik və inklüzivlik" (BMİ) proqramının icrasını dayandırır.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Artıq "Meta"nın insan resursları üzrə vitse-prezidenti Canel Qeyl BMİ-nin bütün dünyada çalışan işçilərə layihənin icrasının dayandırılmasına dair bildiriş göndərib.

"ABŞ-də bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dair hüquqi və siyasi münasibət dəyişir", - deyə C.Qeyl qeyd edib.

O əlavə edib ki, bərabərlik, müxtəliflik və inklüzivlik termininə münasibət birmənalı deyil, ona bəzi qruplara digərləri üzərində üstünlüyü kimi baxılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью