“Meta” sosial şəbəkələrində bu dəyişikliyi edəcək

07.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Amerikanın “Meta” korporasiyası sosial şəbəkələrində həddən artıq senzuraya görə fakt yoxlaması xidmətlərindən istifadəni dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin təsisçisi Mark Zukerberq “X” sosial şəbəkəsindəki səhifəsində videomüraciətində bildirib.

“Biz fakt yoxlayıcılarından xilas olacağıq və onları “X”ə bənzər icma təlimatları ilə əvəz edəcəyik”, - o qeyd edib.

Zukerberq əlavə edib ki, korporasiya əvvəllər Amerika internet məkanında “daha ​​çox senzura” istəyən hakimiyyət orqanlarının və medianın tələblərinə cavab verməyə çalışıb. O, əlavə edib ki, ABŞ-də keçirilən son seçkilər söz və ifadə azadlığının prioritetlərindən danışan “dönüm nöqtəsi” olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью