Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Meta" şirkəti "WhatsApp" messencerinin məxfiliyi və təhlükəsizliyi ilə bağlı yalan məlumatlar verməkdə ittiham olunur.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İddiaçıların bildirdiyinə görə, "WhatsApp"da tətbiq edilən şifrələmə texnologiyası yazışmalara yalnız iştirakçıların çıxışını təmin etməli olduğu halda, əslində "Meta" mesajların məzmununu saxlayır və şirkətin əməkdaşları bu yazışmalara daxil ola bilir. Bu iddialar məlumat sızdıran şəxslərin açıqlamalarına əsaslanır.
Məhkəmə iddiası Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrika vətəndaşları tərəfindən ABŞ-nin San-Fransisko şəhərindəki dairə məhkəməsinə təqdim olunub.
Meta isə ittihamları əsassız adlandırıb və onlara qarşı hüquqi addımlar atacağını bəyan edib.
Oxunub 28