“Meta”dan internet sürətində yeni rekord

20.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Meta” ABŞ ilə Fransa arasında təxminən 7 min kilometrlik sualtı internet kabeli çəkir. “Petal” adlanan kabelin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

“Bakupost” xəbər verir ki, kabel saniyədə 125 terabayt məlumat ötürə biləcək. Bu, mövcud oxşar sistemlərin tutumundan təxminən iki dəfə çoxdur.

Layihədə məlumat ötürmə tutumunu artırmaq üçün iki nüvəli optik lif texnologiyasından istifadə olunacaq. Kabelin tikintisini “Nippon Electric Company” optik liflərin istehsalını isə “Sumitomo Electric” həyata keçirəcək.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью