Metallurgiya sənayesində 705,5 milyon manatlıq məhsul istehsal olunub

15.08.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 avqust, AZƏRTAC

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 705,5 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 10,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12 faiz azalma müşahidə edilib.

2025-сi ilin yanvar-iyul aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 12,8 faiz, polad tökmə istehsalı 21,8 faiz, mis məftil istehsalı 89,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı isə 32,1 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью