Mətanət Əsədova: “Kişilər çılğın qadınları sevmir”

24.08.2026

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Müğənni Mətanət Əsədova kişi-qadın münasibətlərindən danışıb.

Adalet.az bildirir ki, o, kişilərin zəif qadınları sevdiklərini etiraf edib:

“Mən həmişə bunun şahidi olmuşam ki, kişilər zəif qadınları sevirlər. Yəni özü müstəqil yaşamağı bacaran, öz ayaqları üzərində durmağa çalışan qadınları kişilər sevmir. Cəsarətli, güclü qadınlardan isə qorxurlar. Səbəbini bilmirəm. Ancaq mən belə görmüşəm.  Sakit təbiətli xanımlar daha çox sevilir, nəinki çılğın qadınlar. Bəlkə də düşünürlər ki, bu xasiyyətli xanımlar  dözülməz olurlar. Ancaq elə deyil, sakit xanımlardan  daha çox çılğın qadınlar ərlərini sevirlər”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью