Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Vasif Məhərrəmli müğənni Mətanət Əsədova ilə bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində həmkarının prodüseri olduğunu deyib. O bildirib ki, bundan sonra M.Əsədovaya prodüser kimi dəstək göstərəcək:
"Neçə vaxtdır prodüseri mənəm. Verilişlərə çıxanda biz komanda şəklində çalışırıq. Biz bir yerdə mövzunu müzakirə edirik".
M.Əsədova daha sonra ad günündə və proqramda geyindiyi çəhrayı kostyumu ona Vasifin aldığını bildirib.