Mətanət İsgəndərli onlara əsəbiləşdi | Icma.az
Icma.az bildirir, Axsham.az portalına istinadən. Əməkdar artist Mətanət İsgəndərli mahnılarını icazəsiz oxuyanlara irad bildirib.
Axşam.az xəbər verir ki, bu haqda müğənni "Qonaqcanlı" verilişində danışıb.
O bildirib ki, mahnılarını icazəsiz oxuyurlar, bu isə onu əsəbiləşdirir: "Əziyyət çəkirəm, studiyada vaxt itirirəm, pul tökürəm mahnı oxuyuram.
Zəhmət çəkib aranjiman etdirirəm. Götürüb icazəsiz mahnılarımı oxuyurlar. Heç nə demirəm. İstəyənin bir, verməyənin iki üzü qara.
İcazə alsalar, onsuz verəcəyəm. İcazə almırlar. Çoxundan xəbərim olmur. Olmaz, halallıq alsınlar".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu