Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Qazandığım pulun 80 faizini sənətə qoymuşam.
Mahnını bəstəkar 2, 3, 4 min manata verir. Aranjiman isə 2500, 3000 manata edirlər. Kliplərimə nə qədər pul xərcləmişəm.
10 min klipə pul verdiyim olub. Bəzən bir klipə bir evin pulunu xərcləmişəm".
Axşam.azxəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Geriyə baxanda" proqramında deyib.
Müğənni qazandığı pulları hara xərclədiyini açıqlayıb. İsgəndərli bildirib ki, məcburiyyətdən toy məclislərinə gedir: "İstəyərdim tamam başq
Bu cür yox. Elə olub ki, məcburiyyətdən toya getmişəm. Məcbur olmasam bəlkə də az toya gedərəm.
Bəzən çox yoruluram, heyim olmur rəfiqəmlə söhbət edim, balalarıma vaxt ayırım. Bu sənət qadın üçün deyil. Toy oxumaq kişi sənətidir.
Türkiyədən gələn müğənnilərə həsəd aparıram. Gəlirlər saatla toy danışırlar. Yarım saat oxuyub gedirlər və 100, 200 min dollar alırlar.