Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aparıcı Mətanət Əliverdiyeva iynə ilə arıqlaması ilə bağlı yayılan iddialara cavab verib.
Axşam.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində səkkiz ay ərzində 15 kiloqram çəki atdığını və arıqlamaq üçün iynədən istifadə etmədiyini bildirib:
“Fevral ayından pəhrizdəyəm. Hələ də davam edirəm. Hər şey yeyirəm, amma diqqət edirəm. Çox adamdan eşidirəm ki, “Mətanət də iynə ilə arıqlayıb” deyirlər. Mən bundan qaçan adamam. Kim nə istəyirsə, etsin, mənə aidiyyəti yoxdur. Mən səkkiz aya 15 kiloqram arıqlamışam. Hər aya 2 kiloqram düşür. Mən bir aya 10 kiloqram çəki atmamışam. Artıq-əskik heç nə danışmayın. “İynə vurdu, nə bilim nə etdi...” Mən belə şeylərdən qorxan adamam. Tez kökəlirəm, amma çox gec arıqlayıram. Kənardan eşidirəm, deyirlər ki, “Yalan danışır, iynə vurub”. Mən başım ağrıyanda heç dərman içmirəm, o ki qaldı iynə”.