Mətanət oğlunun arzusunu reallaşdıracaq

29.07.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aparıcı Mətanət Əliverdiyeva böyük oğlu Oqtayın ad günü münasibəti ilə təbrik edib.

Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində övladının arzusunu reallaşdırmaq üçün ona dəstək olacağını da açıqlayıb:

"Sənə can sağlığı arzu edirəm. Həmişə canında o qüvvəni hiss edəsən. Sən mübariz uşaqsan, həyatda mübarizə aparmağı bacarırsan. Çox yaxşı övladsan, oğlum olduğun üçün demirəm. Oqtayın bir arzusu var. İşi ilə bağlıdır, mən onu reallaşdırmağa dəstək olacağam. Həyata keçdikdən sonra efirdə də açıqlayacağam. Bil ki, səni sevirəm. Həmişə də yanındayam".

Qeyd edək ki, Mətanət Əliverdiyevanın Əli adlı bir oğlu da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью