Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi

12.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1 ay qalıb gəlir".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli  "Xəzər axşamı" verilişində deyib. Müğənni Türkiyəyə gəlin köçən qızı Ülkərdən danışıb. Onun üçün darıxdığını bildirən İsgəndərli kövrəlib:

"Arada mən də gedirəm. Amma tez-tez yox. Uzağa qız verməkdən pis nəsə yoxdur. Çətindir. Yarı canım qalır onun yanında. Bircə qızım var... Elə bilirdim öyrəşəcəyəm, amma öyrəşə bilmədim. Bir qızım var, o da getdi düşdü başqa ölkəyə".

Qeyd edək ki, M.isgəndərlinin qızı ailəlidir və Antalyada yaşayır. /Axşam.az 
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью