Mətanətdən qalmaqallı açıqlama: Kişilər güclü qadın sevmir

20.08.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Mətanət Əsədova yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, sənətçi dəvət aldığı verilişlərin birində kişilərin zəif qadınları sevdiyini bildirib:

"Bu gün heç bir kişi güclü qadını sevmir. Bunu yadınızda saxlayın, öz həyatımdan bilirəm. Ağıllı, güclü, hər şeyin öhdəsindən gələn bir qadını heç bir kişi sevməz".

Mətanət Əsədov kişilərin diqqətsiz qadınları sevdiyini vurğulayıb:

"Kişi heç nəyi bilməyən, diqqətsiz qadını sevir. Qadınlara üzümü tutub deyirəm ki, çox güclü olmayın!".

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirə yaradıb.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью