Mətanətə əvəzedici tapıldı

08.07.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

"Xəzər TV"də yayımlanan "Xəzər axşamı" verilişində müvəqqəti dəyişiklik olub.

Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, proqramın aparıcısı Mətanət Əliverdiyevanı həmkarı Aytəkin Mərdanova əvəzləyib.

Veriliş bu gün onun təqdimatında izləyicilərə nümayiş olunur. pizza mizza

Aytəkin həmkarının məzuniyyətdə olduğunu və hazırda ölkə xaricində istirahət etdiyini bildirib.

Mətanət ötən həftə işləri ilə bağlı 15-20 gün proqramda aparıcılıq etməyəcəyini bildirmişdi.

Aytəkin həm də "Xəzər TV"də yaımlanan "Qonaqcanlı" verilişinin aparıcısıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью