Mətanətin keçmiş gəlini AĞLADI: “Övladıma qovuşa bilmirəm” VİDEO

24.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana efirdə göz yaşı töküb.
Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişində övladlarından danışaraq ağlayıb:
“Uşağıma qovuşa bilmirəm. Qapıda da qaldı, ona yaxın gedə bilmirəm. Tuncayı görürəm, amma onu qucaqlaylb yata bilmirəm.
 

Uşaqların üçü də mənim adımdadır, sadəcə o evdə yaşayırlar. O evə yaxın gedə bilmirəm, onlar da gəlmirlər. Bir il onlarla qaldım, yenə də qovuşa bilmədim. 


Uşaqlar o evi istəyirlər. Deyirlər ki, bizim evimiz oradır, oradq yaşayacağıq. Mən çox əziyyət çəkirəm. Qızım Mətanət də o evdə çox əziyyət çəkir, gecə ağlayır ki, gəl, məni apar. Ögey ana ilə qalırlar, o uşağımın üstünə qışqırır. Mən xoşbəxt deyiləm, hər şeydən imtina etdim ki, uşaqlarım istədikləri həyatları yaşasınlar”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью