Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aparıcı Mətanət Əliverdiyeva oğluna toy etməyə hazırlaşır. BAKU.WS xəbər verir ki, tanınmış aparıcı bu haqda ATV-də yayımlanan "10-dan sonra" verilişində məlumat verib. M. Əliverdiyeva bunları qeyd edib: "Artıq Oqtayın seçimi var. Mən çox sevinirəm. O qədər yaxşı qızdır. İnşəallah evimizdə xeyir iş gözlənilir. Üzü sentyabra, oktyabra istəyirik ki, gedək həmin xanımgilə". Qeyd edək ki, aparıcı Mətanət Əliverdiyeva iki oğul anasıdır. BAKU.WS[media= ]
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.