“Meta”nı milyardlarla dollarlıq təhlükə gözləyir

13.08.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Meta” uşaqları “Facebook” və “Instagram” platformalarından asılı vəziyyətə salmaq və onların məlumatlarından qanunsuz istifadə etməkdə ittiham olunur.

“Bakupost” xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında keçirilən məhkəmə prosesində şirkətə qarşı təxminən 1,4 trilyon dollara qədər təzminat tələb oluna bilər. Bu məbləğ “Meta”nın təxminən 1,5 trilyon dollarlıq bazar dəyərinə yaxındır.

İddiaçılar həmçinin şirkətdən uşaqlar üçün yaş məhdudiyyətlərinin tətbiqini, sonsuz sürüşdürmə və bəzi bildirişlərin aradan qaldırılmasını, gənclərin ekran vaxtının məhdudlaşdırılmasını tələb edirlər.

“Meta” isə ittihamları rədd edir və uşaqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər gördüyünü bildirir.

Məhkəmənin qərarının oktyabr ayında açıqlana biləcəyi gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью