“Meta”ya 251 milyon cərimə kəsildi

17.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrlandiya Məlumatların Qorunması Komissiyası “Meta”nı 251 milyon avro məbləğində cərimələyib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu, 2018-ci ilin sentyabrında şirktə qarşı bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların yekun nəticəsidir.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью