Mətbəə 60 ildən sonra muzeyə çevrildi

22.02.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

1959-cu ildə təsis edilən mətbəə muzeyə çevrilib.

Kulis.az xəbər verir ki, 1959-cu ildə Ərzurumda açılan Atatürk Universitetinin kitab, jurnal və fakültə sənədlərinin çapı üçün qurulan mətbəə muzeyə çevrilib.

Universitet nəzdində yaradılan "Hürufət Atatürk Universiteti Çap Muzeyi"ndə ən qədiminin 80 yaşı olan 32 çap maşını və minlərlə metal hərf sərgilənəcək. Yarım əsr çap xidməti üçün istifadə edilən mətbəə 2010-cu ildə texnologiyanın inkişafı ilə əlaqədar bağlanmışdı. Çap maşınlarının yerləşdiyi mətbəənin muzeyə çevrilməsi üçün araşdırmanın təşəbbüskarı Mehmet Ferruh Haşıloğludur.
Qeyd edək ki, muzeydə köhnə çap maşınlarından tutmuş yazının estetik və texniki ölçülərini araşdıran çap alətləri və materiallara qədər bir çox nadir əsərlər var. Əsərlərin ən qədimi 1940-1950-ci illərə aid edilir.

Milli mətbuatın 150 illiyi yubiley medalı təsis edilir Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Fəxri Uğurlu Xalq artisti Hacı İsmayılovla görüş keçirildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью