Mətbəxdə ən çox bakteriya toplayan əşya

04.08.2026

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Mətbəxdə tez-tez istifadə olunan doğrama taxtası bakteriyaların ən çox toplandığı əşyalardan biri hesab olunur.

Medicina.az xəbər verir ki, fransalı virusoloq Osean Sorel bunun xüsusilə çiy ət, balıq və tərəvəzlərin eyni səthdə doğranması zamanı təhlükə yaratdığını bildirib.

Onun sözlərinə görə, əsas risk çarpaz çirklənmədir. Bu zaman çiy məhsullardakı bakteriyalar doğrama taxtası vasitəsilə bişirilmədən yeyilən qidalara keçir və qida zəhərlənməsinə səbəb ola bilər.

Mütəxəssis doğrama taxtasında yaranan çatlar və dərin cızıqların bakteriyalar üçün əlverişli mühit yaratdığını vurğulayıb. Bu cür izlər görünməyə başlayanda taxtanın yenisi ilə əvəz edilməsi tövsiyə olunur.

Xanım,

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью