Mətbəxdə istifadə edilən alüminium folqa sağlamlıq üçün təhlükəlidirmi?

07.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az Foodinfo.az-a istinadən xəbər verir ki, alüminium folqa xüsusilə turşulu və duzlu qidalarla təmasda olduqda daha çox metalın qidaya keçməsinə şərait yarada bilər. Pomidor, limon, sirkə əlavə edilmiş yeməklərin folqada uzun müddət saxlanılması və ya bişirilməsi bu baxımdan arzuolunan deyil. Yüksək temperatur da alüminiumun qidaya keçməsini artıra bilər.

Alüminium gündəlik həyatda su, qida və bəzi mətbəx məhsulları vasitəsilə orqanizmə daxil olur. Sağlam insanların orqanizmi onun böyük hissəsini xaric edə bilsə də, həddindən artıq qəbul arzuolunan deyil. Xüsusilə böyrək funksiyası zəif olan şəxslər alüminiuma məruz qalma məsələsində daha diqqətli olmalıdırlar.

Mütəxəssislər folqadan istifadə zamanı bəzi sadə qaydalara əməl etməyi tövsiyə edirlər. Turşulu və duzlu yeməkləri folqada bişirmək əvəzinə şüşə və ya paslanmayan polad qablardan istifadə etmək daha məqsədəuyğundur. Folqa isə sendviçlərin, quru qidaların və turşulu olmayan məhsulların qısa müddətə qablaşdırılması üçün əlverişlidir.

Alüminium folqadan tamamilə imtina etmək vacib deyil. Əsas məsələ ondan düzgün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью