Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir “Avrora Qrup”un baş sponsorluğu, “Yurd.Media” və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.
İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər.
Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət “Həyat” komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan “Ziya” kollektivinə 7:1 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Finalda isə idman jurnalistlərindən ibarət “Tərəqqi” komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan “Əkinçi” komandasına 2:0 hesabı ilə qalib gələrək çempion olub.
Qaliblər müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib.
Q.ƏLİYEV
XQ