Mətbuat katibindən təkzib: Azər Baxşəliyev koma vəziyyətindədir

02.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.

O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью