Mətbuat konfransında Putinə verilən sualları süni intellektlə emal olunacaq AZƏRTAC

06.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 6 dekabr, AZƏRTAC

Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı və birbaşa xətti olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, suallar toplusu dekabrın 8-nə keçən gecə açılacaq. Mətbuat konfransında federal, regional və beynəlxalq mətbu orqanlarının jurnalistləri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici media orqanlarının nümayəndələri akkreditasiya olunacaqlar.

“Yeniliklərdən biri odur ki, vətəndaşların suallarının işlənməsi prosesində geniş və tətbiqi şəkildə süni intellekt istifadə olunur”, - deyə Peskov qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью