Mətbuat prospektində YANĞIN baş verib

25.06.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Mətbuat prospektində yanğın baş verib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətində şöbə rəisinin müavini Ehtiram Xəlilov bildirilib ki, yanğın otluq ərazidə baş verib:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Yasamal Rayonu, Mətbuat prospektində açıq ərazidə və otluq sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

Şükufə Süleymanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью